Mask Baydenin təhsil qrantları ilə bağlı qərarını tənqid etdi
“ABŞ-nin keçmiş prezidenti Cozef Baydenin administrasiyası tədqiqat və təhsil qrantları alarkən Müxtəliflik, Bərabərlik və İnklüzivlik (DEI) siyasətlərinə riayət etməyi tələb edirdi”.
TodayPress xəbər verir ki, bunu ABŞ Hökumətinin Effektivliyi Departamentinin (DOGE) rəhbəri və sahibkar İlon Mask deyib.
O, “Fox News”un Bayden administrasiyası ilə bağlı xəbərini şərh edib. Belə ki, administrasiya tərəfindən 2021-2024-cü illər arasında DEI siyasət tələblərinə cavab verən məktəblərə və digər təhsil müəssisələrinə 229 qrant təsdiqlənib.
Telekanalın məlumatına görə, bu qrantlar üçün ən azı 1 milyard dollar ayrılıb.
"Ən pisi də odur ki, son 4 il ərzində alınan hər bir tədqiqat və təhsil qrantı hansısa formada DEI tələb edir" deyə o, “X” sosial media səhifəsində yazıb.
Xatırladaq ki, yanvar ayında ABŞ prezidenti Donald Trampın hökumətdəki bütün müxtəliflik və inklüzivlik proqramlarını bağlamaq üçün fərman imzaladığı bildirilmişdi.
Sənəddə deyilir ki, keçmiş prezident Cozef Bayden administrasiyası hava təhlükəsizliyindən orduya qədər müxtəlif sahələrdə "müxtəliflik, bərabərlik və inklüzivlik" (DEI) adlı qanunsuz ayrı-seçkilik proqramları tətbiq edib.
Tramp deyib ki, amerikalılar hər kəsə bərabər ləyaqət və hörmətlə xidmət etməyə çalışan və vergi ödəyicilərinin dollarlarını yalnız Amerikanı gücləndirmək üçün xərcləyən hökumətə layiqdirlər.
Aysel Mətləb
tag: ABŞ,Cozef Bayden,DEI,DOGE, İlon Mask,todaypress.az,