Mask: "Biz ABŞ-də hər şeyi fərdiləşdirməliyik"
“Digər ölkələrin ABŞ-dən qat-qat yaxşı dəmir yollarına sahib olması utancvericidir”.
TodayPress “CNN”ə istinadən xəbər verir ki, “Technology Media & Telecom” konfransına videobağlantı vasitəsilə qatılan İlon Mask “USPS” və “Amtrak” kimi qurum və xidmətlərin özəlləşdirilməsi ilə bağlı şərhlər verib.
"Başqa ölkədən gəlirsinizsə, xahiş edirəm, milli dəmiryolumuzdan istifadə etməyin. Bu, sizdə ABŞ haqqında çox pis təəssürat yarada bilər" deyə amerikalı milyarder bildirib.
"Düşünürəm ki, biz fərdiləşdirilə bilən hər şeyi fərdiləşdirməliyik" deyən Mask, xidmətləri təkmilləşdirmək üçün geribildirim dövrəsinin olmasının vacibliyini vurğulayıb.
Aysel Mətləb
tag: Mask,ABŞ,Dəmir Yol,USPS,Todaypress.az,