Mask DOGE işçilərinin sayını ikiqat artıracaq

Dünya

11.03.2025 19:20

940

ABŞ Hökumətinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask hazırda təxminən 100 nəfərdən ibarət işçi qrupunun sayını ikiqat artırmağı planlaşdırır. 

TodayPress xəbər verir ki, Mask bu barədə “Fox Business” televiziyasına müsahibəsində danışıb.

“Hazırda biz 100 nəfərdən bir qədər çoxuq və 200-ə çatacağıq” deyə Mask bildirib. Onun sözlərinə görə, hazırda DOGE komandası proqram təminatı tərtibatçıları və informasiya təhlükəsizliyi üzrə mütəxəssisləri işə cəlb edir.

Amerikalı milyarder əlavə edib ki, DOGE ABŞ-nin bütün federal agentliklərini əhatə edən geniş öhdəliklərə malikdir. Sahibkar bu kontekstdə ABŞ-nin 2 trilyon dollarlıq böyük büdcə kəsirinə, faiz ödənişlərinin isə Pentaqonun büdcəsini üstələməsinə işarə edib. "Mən sadəcə Amerikanın müflis olmasını istəmirəm" deyə Mask əlavə edib.

Aysel Mətləb

tag: İlon Mask,DOGE,İşçi,ABŞ,Todaypress.az,