Mask: “FED-in xərcləri yoxlanmalıdır”

Dünya

01.05.2025 19:10

11

ABŞ hökumətinin səmərəliliyini artırmaq üzrə agentliyə (DOGE) rəhbərlik edən İlon Mask Federal Ehtiyat Sisteminin (FED) xərclərinin araşdırılmasını vacib sayır.

TodayPress “Bloomberg”ə istinadən xəbər verir ki, Mask Vaşinqtonda FED-in qərargahının 2,5 milyard dollarlıq təmiri layihəsini potensial israfçılıq nümunəsi adlandırıb.

“Axı bu pullar vergi ödəyicilərinin vəsaitidir. Ona görə də FED-in interyer dizaynerinə 2,5 milyard dollar xərcləməsinin əsaslı olub-olmadığını araşdırmalıyıq” deyə Mask bildirib.

Qiymət Mahir

tag: ABŞ,DOGE,İlon MAsk,FED,todaypress.az,