Mask hökumət xərclərini 65 milyard dollar azaltdı

Dünya

25.02.2025 16:26

1851

Amerikalı milyarder İlon Maskın rəhbərlik etdiyi ABŞ Dövlət İdarəetməsinin Səmərəliliyi Departamenti (DOGE) ilin əvvəlindən bəri hökumət xərclərini 65 milyard dollar azaldıb.

TodayPress xəbər verir ki, bu barədə “DOGE” özünün rəsmi səhifəsində məlumat yayıb.

“DOGE-nin ümumi qənaəti təxminən 65 milyard dollar təşkil edir. Bütün bunlar da saxtakarlığın aşkarlanması və həlli, müqavilələrin və icarələrin ləğvi və ya yenidən müzakirəsi, aktivlərin satışı, qrantların ləğvi, işçilərin ixtisarı, proqram dəyişiklikləri və tənzimləyici xərclərin azaldılması tədbirləri nəticəsində mümkün olub” deyə məlumatda bildirilib.   

Qeyd edək ki, Mask dövlət xərclərini 2 trilyon dollar azaltmağı planlaşdırır.

Nicat Osman

tag: İlon Mask,DOGE,Xərclər,Milyard ,Dollar,Todaypress.az,