Mask: “İslahatlar baş tutmasa, “Amerika” batacaq”
ABŞ hökumətində köklü dəyişikliklər baş verməsə, ölkə “Amerika” adlı gəmi kimi batacaq.
TodayPress xəbər verir ki, bu fikirləri amerikalı milyarder və ABŞ Hökumət Effektivliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask “Fox News” telekanalına müsahibəsində səsləndirib.
Mask hazırda ABŞ hökumətində aparılan islahatları “inqilab” adlandırıb:
“Bu, inqilabdır. Bəlkə də, Amerikanın müstəqillik inqilabından bəri hökumətdə baş verən ən böyük çevrilişdir. İş başa çatanda Amerika daha yaxşı vəziyyətdə olacaq”.
DOGE rəhbərinin fikrincə, əgər islahatlar həyata keçirilməsə, ABŞ-ni “acı aqibət” gözləyir.
Qiymət Mahir
tag: ABŞ,İlon Mask,DOGE,İslahat,Todaypress.az,