Mask kadr çatışmazlığına görə köhnə işçilərinə səsləndi
Amerikalı milyarder İlon Mask təqaüdə çıxmış aviadispetçerlərin işə qayıtmasını istəyir.
TodayPress xəbər verir ki, o, bu barədə “X” sosial media hesabında yazıb.
"Hazırda birinci dərəcəli hava hərəkəti dispetçerləri çatışmazlığı mövcuddur" deyə Mask paylaşım edib.
O, təqaüddə olan hava nəqliyyatı dispetçerlərinə zəng edərək: "Əgər işə qayıtmaq fikrinə açıqsınızsa, xahiş edirəm ki, bunu nəzərə alasınız" deyib.
“CBS News”un məlumatına görə, ABŞ Federal Aviasiya Administrasiyası (FAA) uzun müddətdir ki, hava hərəkətinə nəzarətçi çatışmazlığı yaşayır.
Bundan əlavə, son vaxtlar aviasiya fəlakətlərinin artması səbəbindən qurumun işi ciddi nəzarətə götürülüb.
FAA-nın məlumatlarına görə, ABŞ-dəki hava limanlarının qüllələrinin 90 faizindən çoxunda kadr çatışmazlığı var.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp administrasiyası “federal bürokratiya və israfçılığı azaltmaq” üçün bir sıra addımlar atacağını açıqlamışdı.
Bu vəziyyətdə milyarder iş adamı İlon Mask Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri təyin edilib. Trampın əmrləri və DOGE-nin rəhbəri Maskın səyləri ilə federal qurumlarda çalışan minlərlə insan işdən çıxarılıb.
Aysel Mətləb
tag: Amerika,İlon Mask,Təqaüd,Aviadispetçer,İş,todaypress.az,