Mask məcburi narkotik testindən keçəcək

Dünya

02.04.2025 13:14

2832

Amerika prezidentinin müşaviri İlon Mask narkotik testindən keçməlidir. 

TodayPress xəbər verir ki, bu barədə “Axios” nəşri məlumat yayıb. 

Bildirilir ki, Nümayəndələr Palatasının Demokratlar Partiyasından olan üzvü Miki Şerrill onu və Hökumətin Effektivliyi Departamentinin (DOGE) işçilərini gündəlik testdən keçməyə məcbur edəcək qanun layihəsi təqdim edib. 

Testin nəticələri müsbət çıxan hər bir kəs federal xidmətdən minimum 1 il müddətinə uzaqlaşdırılacaq. 

Türkan İsgəndərli

tag: ABŞ,DOGE,ilon Mask,Narkotik,Test,Todaypress.az,