Mask məxfi məlumatlara çıxışı olduğunu etiraf etdi

Dünya

14.02.2025 16:45

1411

“Uzun illərdir ki, mənim çox məxfi məlumatlara çıxışım var, onların mövcudluğu məxfidir”.

TodayPress xəbər verir ki, Amerikalı iş adamı və Hökumətin Səmərəliliyi Departamentinin rəhbəri İlon Mask bunu “X” sosial şəbəkəsində bildirib. 

O, Amerika hakimiyyətinin həddən artıq məlumatı məxfiləşdirməsindən şikayətlənib. 

Mask qeyd edib ki, əgər bəzi məlumatlar internetdə asanlıqla əldə edilə bilərsə və ya açıq şəkildə mövcud olarsa, onları qruplaşdırmağa ehtiyac yoxdur. Biznesmenin sözlərinə görə, bu, dövlət idarələri arasında qarşılıqlı əlaqəyə mane olur. 

Xatırladaq ki, daha əvvəl Mask ABŞ-ni digər ölkələrin işlərinə qarışmağı dayandırmağa çağırıb. Onun fikrincə, Birləşmiş Ştatlar daxili işlərə diqqət yetirməli və “hər yerdə rejim dəyişikliyini” təşviq etməyi dayandırmalıdır. 

Aysel Mətləb

tag: İlon Mask,"X",Amerika,Dünya,todaypress.a,