Mask NASA-nın resurslarını Marsa yönəltmək istəyir

Dünya

30.03.2025 12:20

2412

Milyarder iş adamı, “SpaceX” şirkətinin rəhbəri İlon Mask ABŞ-nin kosmik agentliyi NASA-nın proqram və xərclərini yenidən nəzərdən keçirməyə çalışır. 

TodayPress xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) mənbələrə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, Mask məqsədinə çatmaq üçün agentlik daxilində özünə sadiq şəxsləri vəzifəyə təyin etməyə çalışır. 

“NASA-nın resursları insanları Marsa göndərmə missiyası naminə yenidən bölüşdürüləcək” deyə WSJ bildirib.

Məlumata əsasən, Mask bu planlarını reallaşdırmaq üçün ABŞ prezidenti Donald Trampın dəstəyini qazanmağa çalışıb. O, Trampa bu layihənin onun adını tarixə həkk edə biləcəyini bildirib.

Qeyd edək ki, Mask martın 15-də Tesla şirkəti tərəfindən istehsal olunan “Optimus” adlı robotun yer aldığı kosmik gəminin 2026-cı ilin sonunda Marsa göndəriləcəyini açıqlayıb. Əgər bu uçuş uğurla nəticələnərsə, 2029–2031-ci illərdə Marsa ilk insan missiyası başlaya bilər.

Daha sonra o, Marsın kolonizasiyası ilə bağlı proqnozlarını dəyişib və bunun 20–30 il ərzində reallaşa biləcəyini bildirib.

Qiymət Mahir

tag: İlon Mask,NASA,Mars,ABŞ,todaypress.az,