Mask robot ordusu yaradacaq

Dünya

24.03.2025 19:20

1999

“Tesla”nın baş direktoru İlon Mask 2025-ci ilin sonuna kimi 5000 “Optimus” robotu hazırlamağı planlaşdırır.     

TodayPress xəbər verir ki, o, bu barədə "X"da yazıb.   

Milyarder bildirib ki, ilin sonuna qədər 5 min robot istehsal edilsə, onun şirkəti uğur qazanacaq.   

O, 5.000 robotun Roma legionuna bənzədiyini deyib.   

“Düşünürəm ki, biz sözün həqiqi mənasında bir legion quracağıq. Müxtəlif dövrlərdə Qədim Romada bir legion 2-10 min əsgərdən ibarət olub. Gələcəkdə artıraraq, 50 min "Optimus" robotu istehsal etmək istəyirəm”.     

Sahibkar vurğulayıb ki, robotların yaradılması hələ “Tesla” üçün yeni olduğundan şirkət səhvlərə yol verə bilər.     

Türkan İsgəndərli

tag: İlon Mask ,Milyarder ,Robot,Sahibkar ,Todaypress.az,