Mask Rumıniyaya səfər etməkdən imtina etdi
Amerikalı milyarder və ABŞ Hökumətin Effektivliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask təhlükəsizlik baxımından Rumıniyaya səfər etməyi planlaşdırmadığını bildirib.
TodayPress xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsində yazıb. “Hazırda keçirdiyimiz qarışıq dövrü nəzərə alaraq təhlükəsizliyi prioritetləşdirmək mənim üçün yəqin ki, daha üstün tutulandır. Prezident xaricə getməyimi xahiş edənə qədər mən Amerikada qalacağam” deyə o yazıb. İş adamı sosial şəbəkə istifadəçilərindən birinin Maskın aprelin 4-də Rumıniyaya səfər edəcəyi ilə bağlı mesajına belə cavab verib. İstifadəçi milyarderə bu səfərdən çəkinməyi tövsiyə edib.
Töhfə Səməd
tag: Mask,Ruminiya,Səfər,İmtina,Todaypress.az,