Mask Rusiya və ABŞ-nin yaxınlığını xatırlatdı
Amerikalı milyarder və iş adamı İlon Mask ABŞ və Rusiyanın coğrafi baxımdan nə qədər yaxın olduğunu xatırladıb.
TodayPress xəbər verir ki, o bu barədə videonu "X" sosial şəbəkəsindəki səhifəsində yayımlayıb.
Videoda bildirilib ki, Rusiya və ABŞ-ni Berinq boğazında cəmi 3,8 kilometr su ayırır.
Qışda bu sərhədi buz üzərindən piyada keçmək olar.
O, həmçinin vurğulayıb ki, "bütün amerikalılar" ölkələrin yaxınlığından xəbərsizdirlər.
Aysel Mətləb
tag: Mask,ABŞ,Rusiya,X,Todaypress.az,