Mask: "Seçkilər keçirilsə, Zelenski məğlub olacaq"
ABŞ Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask Volodimir Zelenskinin Ukraynada seçkilər keçirmək istəmədiyini, seçkilərdə məğlubiyyətə uğrayacağını deyib.
TodayPress xəbər verir ki, bu barədə Mask jurnalistlərə açıqlamasında məlumat verib.
“Volodimir Zelenski döyüşlər başa çatmadan Ukraynada seçkilərin keçirilməsini rədd edib.
Əgər ukraynalılar, həqiqətən, Zelenskinin tərəfdarı olsaydılar, o, seçkiləri keçirərdi. O bilir ki, böyük bir məğlubiyyətə uğrayacaq” deyə Mask vurğulayıb.
Nicat Osman
tag: Mask,Zelenski,Seçki,Məğlubiyyət,Todaypress.az,