Mask şəxsi məlumatlara müdaxilədə ittiham olunur

Dünya

05.03.2025 14:04

1514

ABŞ Hökumətinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask və komandası amerikalıların şəxsi məlumatlarını araşdırmaqda ittiham edilir.

TodayPress xəbər verir ki, bu barədə “CNBC” məlumat yayıb.

Məlumata görə, Demokrat senator Elissa Slotkin, Amerika prezidenti Donald Trampın Konqresdəki çıxışına cavabında bu iddianı irəli sürüb.

“Mask və komandası vergi bəyannamələri, tibbi sənədlər və bank hesablarına müdaxilə edirmi?” deyə Senator bildirib. 

Tramp isə çıxışında Cozef Bayden administrasiyasını israfçılıqda ittiham edərək, hökumətin “transgender siçanlar” üçün 8 milyon dollar ayırdığını bildirib. Rəsmi qurumlar hələlik açıqlama verməyib. 

Nicat Osman

tag: İlon Mask, Tramp ,ABŞ, Prezident, todaypress.az,