Mask "Starlink"in Cənubi Afrikada qadağasının səbəbini açıqladı
"Cənubi Afrikaya irqçi siyasətə görə "Starlink" internetinin ölkədə fəaliyyət göstərməsi üçün lisenziya verilməyəcək".
TodayPress xəbər verir ki, bunu sahibkar İlon Mask "X" səhifəsində qeyd edib.
"Starlink" Cənubi Afrikada fəaliyyət göstərmək üçün lisenziya ala bilmir, çünki mən qaradərili deyiləm. Bu ədalətlidir?" milyarder bildirib.
Qeyd edək ki, "Starlink" Amerikanın "SpaceX" şirkəti tərəfindən interneti təmin etmək üçün inşa edilən peyk şəbəkəsidir.
Türkan isgəndərli
tag: Cənubi Afrika,İlon Mask,SpaceX,todaypress.az,Starlink,