Mask super milyarderlər arasında liderdir
Amerikalı sahibkar İlon Mask dünya üzrə cəmi 24 nəfərin daxil olduğu super milyarderlər siyahısına başçılıq edir.
TodayPress xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.
Məlumata görə, bu gün ultrazəngin insanların yeni kateqoriyası olan super milyarderlər formalaşıb.
Bu siyahıya dünyanın 24 ən varlı şəxsi daxil edib.
Reytinqin birinci pilləsində "SpaceX", "Tesla" və "X" şirkətlərinin rəhbəri İlon Mask qərarlaşıb.
Onun sərvəti 419,4 milyard dollar dəyərində qiymətləndirilib.
Siyahıda həmçinin "Amazon" onlayn pərakəndə satış nəhənginin qurucusu Ceff Bezos (263,8 milyard dollar), “LVMH”nin sahibi Bernar Arno (238,9 milyard dollar), "Oracle" texnologiya şirkətinin rəhbəri Larri Ellison (237 milyard dollar) və "Meta" korporasiyasının baş direktoru Mark Zukerberq (220,8 milyard dollar) yer alır.
Dünyanın ən varlı 24 nəfərinin sərvəti 3,3 trilyon dollar təşkil edir.
Siyahıdakı 16 nəfərin hər birinin sərvəti isə 100 milyard dolları ötür.
Hesablamalara görə, XIX və XX əsrin əvvəllərində ən zəngin insanlar sənayeçilər olsa da, müasir super milyarderlərin əksəriyyəti sərvətlərini texnologiya sektorunda qazanıb.
Nicat Osman
tag: Amerika,Sahibkar,İlon Mask,Milyarder,SpaceX,Tesla,X,todaypress.az,