Mask “Tesla” obyektlərinə edilən hücumları terror aktı adlandırdı

Dünya

25.03.2025 12:46

816

Amerikalı sahibkar İlon Mask rəhbərlik etdiyi “Tesla” avtomobil şirkətinin obyektlərinə edilən hücumları terror aktları kimi qiymətləndirib. 

TodayPress xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsində paylaşım edib. 

“Tesla” mağazalarına edilən atəşlər və elektrik doldurma stansiyalarının yandırılmasının terror aktları olduğuna heç bir şübhə yoxdur” deyə Mask bildirib. 

O, daha əvvəl “Tesla” avtomobilləri və satış mərkəzlərinə qarşı həyata keçirilən vandalizm hallarını psixi pozuntuların təzahürü adlandırmışdı. 

Məlumata görə, Mask ABŞ hökumətinin işinin səmərəliliyini artırmaq üzrə xüsusi idarəyə (DOGE) rəhbər təyin olunduqdan sonra “Tesla” obyektləri bir neçə həftə ərzində azı 10 vandalizm aktı ilə üzləşib.

ABŞ prezidenti Donald Tramp isə bu cür təxribatları həyata keçirən şəxsləri terrorçu hesab etdiyini bildirib. 

Qiymət Mahir

tag: Mask,Tesla,HÜcum,Terror,Todaypress.az,