Mask Trampın rüsum siyasətinə qarşı çıxdı
Amerikalı milyarder və ABŞ Hökumətin Effektivliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask ABŞ prezidenti Donald Trampın siyasətinə zidd olaraq ABŞ və Avropa İttifaqı (Aİ) arasında azad ticarət zonasının yaradılmasına çağırıb.
TodayPress xəbər verir ki, o, bu barədə İtaliyada keçirilən “Liqa Konqresi”ndə çıxışı zamanı deyib.
“Ümid edirəm ki, həm Avropa, həm də ABŞ-nin azad ticarət zonası yaratmaqla, ideal şəkildə sıfır rüsum vəziyyətinə keçməsi barədə razılıq əldə olunacaq” deyə o bildirib.
İş adamı həmçinin qeyd edib ki, Aİ-də hərəkət və məşğulluq azadlığı ABŞ-yə da şamil edilməlidir.
Türkan İsgəndərli
tag: İlon Mask,Donald Tramp,ABŞ,Aİ,todaypress.az,