Mask Trampın siyasi təşkilatına 100 milyon dollar yatıracaq

Dünya

12.03.2025 14:11

2850

Amerikalı sahibkar, hökumətin işinin səmərəliliyini artıran qurumun (DOGE) rəhbəri İlon Mask ABŞ prezidenti Donald Trampın nəzarətində olan siyasi təşkilata 100 milyon dollar yatırım etməyi planlaşdırır. 

TodayPress xəbər verir ki, bu barədə “The New York Times” (NYT) mənbələrə istinadən xəbər verib.

Məlumata görə, Maskın və Trampın tərəfdaşları son günlərdə sahibkarın bu siyasi təşkilata böyük ianə etməsi ilə bağlı müzakirələr aparıblar.

Qəzet yazır ki, Mask Ağ Evin ilk əməkdaşı olacaq ki, ABŞ prezidentinin nəzarətində olan xarici təşkilata bu qədər böyük məbləğdə siyasi vəsait ayırır. Lakin "NYT"yə görə, Maskın bu maliyyə dəstəyini artıq həyata keçirib-keçirmədiyi hələlik məlum deyil.

Qiymət Mahir

tag: İlon Mask,Tramp,ABŞ,100 milyon,Dollar,Yatırım,Todaypress.az,