Mask USAID-in məxfi sənədləri məhv etməsini “cinayət” adlandırdı

Dünya

12.03.2025 17:07

2693

ABŞ Dövlət Effektivliyi Departamentinin (DOGE) rəhbəri və sahibkar İlon Mask ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyinin (USAID) əməkdaşlara məxfi sənədləri və şəxsi məlumatları məhv etməyi tapşırmasını “cinayət” adlandırıb.

TodayPress xəbər verir ki, o, “X” də bu xəbəri şərh edib.

“Dəlilləri məhv etmək cinayətdir” deyə Mask yazıb.

Qeyd edək ki, USAID rəhbərliyi agentlik əməkdaşlarına məxfi sənədlərin saxlandığı seyfləri təmizləməyi və bu materialları kağızdoğrayan qurğuda məhv etməyi və ya yandırmaq üçün çantalara yığmağı əmr etmişdi.

Qiymət Mahir

tag: Mask,USAİD,Məxfi,Sənəd,Todaypress.az,