Mask USAID proqramlarının bağlanması qərarına münasibət bildirdi

Dünya

10.03.2025 19:55

953

Mask Dövlət Departamentinin ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) əksər proqramlarını bağlamaq qərarını müsbət qiymətləndirib.   

TodayPress xəbər verir ki, bu barədə ABŞ Hökumətinin Effektivliyi Departamentinin rəhbəri, sahibkar İlon Mask “X” sosial şəbəkəsindəki səhifəsində paylaşım edib.   

"Çətin, lakin zəruri qərar" deyə o paylaşımında bildirib.   

Onun sözlərinə görə, USAID həmişə qismən də olsa Dövlət Departamentinin nəzarəti altında olmalıdır.   

Xatırladaq ki, bundan əvvəl ABŞ dövlət katibi Marko Rubio 6 həftəlik təhlildən sonra ABŞ-nin USAID proqramlarının 83%-ni rəsmən bağladığını açıqlamışdı.   

Aysel Mətləb

tag: İlon Mask,ABŞ,USAİD,Qərar,Todaypress.az,