Mask və Tramp ABŞ-nin 14 ştatından məhkəməyə verildi
ABŞ-nin 14 ştatından demokrat prokurorlar hökumətin səmərəliliyi departamentinin (DOGE) rəhbəri İlon Mask və prezident Donald Trampa qarşı məhkəmə iddiası qaldırıblar.
TodayPress xəbər verir ki, bu barədə “NBC News” məlumat yayıb.
Demokrat prokurorlar Maskın agentlikdəki səlahiyyətlərinin ABŞ Konstitusiyasına zidd olduğunu iddia edirlər.
Baş prokurorların sözlərinə görə, Tramp “DOGE”u Konqresin təsdiqi olmadan yaradıb və Maska geniş səlahiyyətlər verib, halbuki təyinat Senatda dinləmələrdən keçməli idi.
İddiaya əsasən, məhkəmədən Maskın dövlət maliyyələşdirilməsinə dəyişikliklər etməsi, federal müqavilələri ləğv etməsi və digər mühüm səlahiyyətlərini məhdudlaşdıran qərar qəbul etməsi tələb edilir.
Qiymət Mahir
tag: Tramp,İlon Mask,ABŞ,Məhkəmə,todaypress.az,