Mask "X"i satdı

Dünya

29.03.2025 10:05

2717

Amerikalı biznesmen, milyarder İlon Mask sosial media saytı "X"i satıb. 

TodayPress xəbər verir ki, bu barədə biznesmenin özü açıqlama verib.   

Onun sözlərinə görə, sosial medianı öz  "xAI" süni intellekt şirkətinə 33 milyard dollara satıb. 

Mask qeyd edib ki, "xAI"nin süni intellekt qabiliyyəti vasitəsilə "X"i təkmilləşdirmək mümkün olacaq. 

Qeyd edək ki, o, 2022-ci ildə "Twitter"i (X) 44 milyard dollara satın alıb və adını dəyişib.   

Türkan İsgəndərli

tag: ABŞ,İlon Mask,X,Platforma,Satış,Todaypress.az,