Mask yenidən Avropa seçkilərinə müdaxilədə ittiham olunur
Amerikalı milyarder İlon Mask yenidən Avropa seçkilərinə müdaxilə etməkdə ittiham olunub. Bu dəfə iddiaları Polşada sol qüvvələrin prezidentliyə namizədi Maqdalena Bejat seçicilərlə görüş zamanı səsləndirib.
TodayPress xəbər verir ki, bu barədə “Komsomolskaya Pravda” məlumat yayıb.
Bejatın sözlərinə görə, Mask ona tabe olan sosial şəbəkələr vasitəsilə Avropa siyasətinə təsir göstərir və seçki prosesini manipulyasiya edir.
“Mən bu prezident seçkilərində yeganə namizədəm ki, cəsarətlə “dayan” deməyə hazıram” deyə Bejat vurğulayıb.
Polşalı siyasətçi Maskın açıq şəkildə Avropa demokratiyasına qarşı çıxdığını və ifrat sağ baxışlarını gizlətmədiyini bildirib. O, həmçinin vurğulayıb ki, milyarder avropalılara onların demokratiyasının necə olması gərəkliyini diktə edə bilməz. Bu səbəbdən Bejat hesab edir ki, Avropada xarici müdaxilələrin qarşısını alan qanunun qəbul edilməsi vacibdir.
Qiymət Mahir
tag: Amerika,İlon Mask,Avropa ,Maqdalena Bejat,Polşa,todaypress.az,