Maskın departamenti fəaliyyətini dayandıracaq
“İlon Mask yalnız 130 gün müddətində mənim üçün xüsusi dövlət qulluqçusu kimi əlçatan olacaq. Bir müddət sonra isə şirkətinə qayıtmaq istəyəcək”.
TodayPress xəbər verir ki, bu fikirləri ABŞ prezidenti Donald Tramp Ağ evdə jurnalistlərə açıqlamasında deyib.
O, milyarder sahibkarın rəhbərlik etdiyi Dövlət İdarəetməsinin Effektivliyi Departamentinin (DOGE) müəyyən mərhələdə fəaliyyətini dayandıracağını bildirib.
“Onun idarə etdiyi böyük bir şirkət var və bir müddət sonra oraya geri dönəcək. Mən onu mümkün qədər uzun müddət saxlamaq istərdim. Çox istedadlı biridir. Bilirsiniz, mən ağıllı insanları çox sevirəm, o isə çox ağıllıdır və yaxşı iş görüb. Amma bir nöqtədə o, öz şirkətinə qayıtmaq istəyəcək” deyə Tramp Mask haqqında danışıb.
Tramp həmçinin “DOGE”un Mask olmadan davam edib-etməyəcəyi sualına da cavab verib.
O bildirib ki, federal agentliklərin rəhbərləri bu müddət ərzində işlərini necə daha effektiv yerinə yetirmək barədə çox şey öyrəniblər:
“Bilirsiniz, məncə bir nöqtədə bu iş bitəcək. Elə bir an gələcək ki, katiblər bu işi özləri görə biləcəklər. Bizim də istədiyimiz məhz budur.”
Qiymət Mahir
tag: ABŞ,Tramp,Mask,DOGE,Todaypress.az,