Maskın dövlət proqramlarında iştirakına icazə verilməyəcək

Dünya

19.02.2025 11:08

2397

ABŞ Prezidenti Donald Tramp jurnalistlərlə görüşündə maraqların toqquşduğu halda ABŞ Hökumətinin Effektivliyi Departamentinin (DOGE) rəhbəri, "SpaceX" və "Tesla" şirkətlərinin təsisçisi İlon Maskın dövlət proqramlarında iştirakına icazə verilməyəcəyini deyib. TodayPress xəbər verir ki, bu barədə “The Times” məlumat yayıb.

"Mən Maska dedim ki, maraqların toqquşması olan istənilən vəziyyətdə sən bu işi görə bilməzsən" deyə Tramp qeyd edib.

Ağ Ev rəhbəri aydınlaşdırıb ki, bu, kosmik proqrama da aiddir.

Nicat Osman

tag: Tramp,İlon Mask,DOGE,SpaceX,Tesla,Todaypress.az,