Maskın istefası tələb olunur

Dünya

10.04.2025 14:53

12

ABŞ Konqresinin Nümayəndələr Palatasında bir qrup demokrat İlon Maskın Prezident Donald Trampın administrasiyasından kənarlaşdırılması təşəbbüsü ilə çıxış edib. 

TodayPress xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb. 

Bildirilib ki, onlar mayın 30-dək Maskın istefaya getdiyini və bütün qərar qəbuletmə səlahiyyətlərini qanunla nəzərdə tutulan qaydada təhvil verdiyi sənədi görmək istəyirlər. 

Qeyd edək ki, qanuna görə, ABŞ Hökumətinin Effektivliyi Departamentinə başçılıq edən Mask 130 gündən çox vəzifə tuta bilməz. 

Türkan İsgəndərli

tag: ABŞ,Mask ,İstefa,Konqres,Todaypress.az,