Maskın şirkəti iflasa uğradı

Dünya

11.03.2025 15:43

1156

Amerikalı milyarder İlon Maska məxsus "Tesla"nın səhmləri 2020-ci ildən bəri ən böyük iflasa uğrayıb.   

TodayPress xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb. 

Bildirilir ki, səhmlər 15 faiz dəyər itirərək 222,15 dollara düşüb. 

Mütəxəssislərin fikrincə, bu, elektrikli avtomobil tədarükü proqnozunun aşağı salınması ilə bağlıdır. Belə ki, "Tesla" bu rübdə yalnız 367 min avtomobil tədarük edəcək ki, bu da digər buraxılışdan 16 faiz aşağıdır.   

Qeyd edək ki, "Tesla" səhmləri ucuzlaşdıqca Maskın sərvəti bir gündə təxminən 30 milyard dollar azalıb.   

Türkan İsgəndərli

tag: İlon Mask,Tesla,Səhm,İflas,Todaypress.az,