Matviyenko Türkiyəyə rəsmi səfər edəcək
Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko fevralın 26-27-də Türkiyəyə rəsmi səfər edəcək.
TodayPress xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
"Səfər proqramına ölkə rəhbərliyi və türk millət vəkilləri ilə görüşlər daxildir. Danışıqlar Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşla aparılacaq. Senatorların Türkiyə Böyük Millət Məclisinin plenar iclasında iştirakı planlaşdırılır" deyə bildirilib.
Aysel Mətləb
tag: Rusiya ,Şura,Valentina Matviyenko,Türkiyə,Numan Kurtulmuş,todaypress.az,