Medvedev: "ABŞ NATO-dan çıxmayacaq"
"ABŞ Donald Trampın dövründə NATO-dan çıxmayacaq".
TodayPress xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.
Onun sözlərinə görə, NATO ABŞ üçün dünyaya nəzarət etməyin əsas vasitəsidir.
Medvedev qeyd edib ki, ABŞ NATO vasitəsilə Avropaya təzyiq göstərir, daha çox maliyyə tələb edir və öz liderliyini qoruyur.
O həmçinin vurğulayıb ki, Rusiya heç vaxt NATO-ya hücum etməyib, amma hərbi gücü ilə cavab verməyə həmişə hazır olub.
Türkan İsgəndərli
tag: ABŞ,NATO,Rusiya,TŞ,todaypress.az,