Medvedev: "Kurskdakı Ukrayna qoşunları təslim olmaqdan imtina edərsə, məhv ediləcək"

Dünya

14.03.2025 23:10

1979

“Kursk vilayətindəki ukraynalı əsgərlər silahlarını yerə qoymaqdan imtina etsələr, amansızcasına məhv ediləcəklər”

TodayPress xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “Telegram” kanalında yazıb.

Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasına bildirib ki, Kursk yaxınlığında silahlarını yerə qoyan ukraynalı yaraqlılara həyat və layiqli rəftar zəmanəti veriləcək.

"Bu, bizim ölkənin çox humanist yanaşmasıdır, lakin Ukrayna nasistləri üçün də əks tərəf var - əgər onlar silahı yerə qoymaqdan imtina etsələr, onların hamısı sistematik və amansızcasına məhv ediləcək"o vurğulayıb.

O qeyd edib ki, Kiyev rejiminin öz əsgərlərini xilas etmək şansından istifadə edib-etməyəcəyini yaxın saatlar göstərəcək.

Aynur TAC

tag: Ukrayna,Rusiya, Kursk, Ölüm, Silah, Təslim, todaypress.az,