Medvedev: “Qərb Rusiya və Çini çaşdırmaq üçün qərəzli açıqlamalar verir”

Dünya

22.02.2025 14:10

1246

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Qərb ölkələrinin, xüsusilə ABŞ və Fransa kimi dövlətlərin, beynəlxalq məsələlərdə strateji qeyri-müəyyənlikdən istifadə edərək Rusiya, Çin və digər ölkələri çaşdırmağa çalışdığını bildirib.   

TodayPress xəbər verir ki, Medvedev bu barədə özünün “Telegram” kanalı vasitəsilə açıqlama verib. 

Onun sözlərinə görə, Qərb tez-tez beynəlxalq səviyyədə mühüm məsələlərin həlli üçün “strateji qeyri-müəyyənlik”dən istifadə etməkdən danışır. Bu yanaşmanın parlaq nümunəsi isə Fransa prezidenti Emmanuel Makronun davranışıdır.

Əvvəlcə o, Avropa İttifaqı qoşunlarını Ukraynaya göndərməyə çağırırdı, amma sonradan öz sözlərindən geri çəkildi. ABŞ da buna oxşar bir siyasət yürüdür. Buna görə də, Medvedev ABŞ-nin real hərəkətlərinə baxmağın vacib olduğunu vurğulayıb. 

“Oyunda olan taktikanın uğurlu olması üçün, bəzən qarşı tərəfi aldatmaq faydalıdır. Tarixdə dəfələrlə belə olub.Əlbəttə ki, Tramp administrasiyası barədə də yalnız onların real işlərinə əsaslanaraq hökm vermək lazımdır. Görək nəticə nə olacaq” deyə Medvedev əlavə edib. 

Qiymət Mahir

tag: Medvedev,Rusiya,Fransa,ABŞ,Todaypress.az,