Məhkəmə Trampın “Azadlıq Radiosu” ilə bağlı qərarını blokladı
ABŞ Federal Məhkəməsi prezident Donald Tramp və ABŞ Qlobal Media Agentliyinin (USAGM) rəhbəri Kari Leykin “Azadlıq Radiosu/Azad Avropa Radiosu”na maliyyə vəsaitinin dayandırılması barədə qərarını müvəqqəti olaraq ləğv edib.
TodayPress xəbər verir ki, bu barədə “The Hill” nəşri məlumat yayıb.
Məhkəmənin qərarında qeyd olunub ki, USAGM rəhbərliyi radioya demək olar ki, heç bir əsaslandırma olmadan, hətta əgər bunu prezident əmr edibsə belə, bircə cümləlik göstərişlə maliyyəni kəsməklə onu fəaliyyətini dayandırmağa məcbur edə bilməz.
Məhkəmə eyni zamanda “Azadlıq Radiosu”na 1–14 mart tarixləri arasında çəkilən fəaliyyət xərcləri üçün 7,4 milyon dollar kompensasiya ödənilməsi barədə qərar çıxarıb.
Xatırladaq ki, martın 16-da ABŞ hökumətinin “Azadlıq Radiosu/Azad Avropa Radiosu”na maliyyə ayırmağı dayandırdığı açıqlanmışdı.
Bu qərar prezident Trampın USAGM-in fəaliyyətini ixtisar etmək barədə göstərişindən sonra verilmişdi.
tag: Məhkəmə,ABŞ,Tramp,Azadlıq Radiosu,Qərar,Ləğv,Todaypress.az,