Məkkə və Mədinəyə gedənlərin sayı açıqlandı

Dünya

01.04.2025 10:00

2396

Səudiyyə Ərəbistanı Ramazan ayında 122 milyon müsəlmanın Məkkə və Mədinəni ziyarət etdiyini açıqlayıb. 

TodayPress xəbər verir ki, bu barədə "Saudi Gazette" məlumat yayıb. 

Bildirilir ki, bu ayda 17 milyona yaxın zəvvar ümrə ziyarəti edib.

Bununla yanaşı, Ramazanda Məscidül-Həramda (Məkkə) 75, Məscidül-Nəbəvidə (Mədinə) 30 milyon müsəlman namaz qılıb. 

Türkan İsgəndərli

tag: Məkkə, Mədinə, Müqəddəs ,Ramazan,Ziyarət,Todaypress.az,