Meksika ABŞ ilə müharibəyə başlaya bilər
Meksika hakimiyyəti Pentaqon rəhbəri Pit Heqsetlə söhbətdən sonra ABŞ ilə müharibə təhlükəsi görüb.
TodayPress xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) yazıb.
Heqsetlə və Meksikanın ali hərbi rəhbərləri arasında söhbət yanvarın 31-də baş tutub.
Orada Pentaqonun yeni rəhbəri xəbərdarlıq edib ki, əgər ölkə hökumətlə narkotik kartelləri arasında “sövdələşmə” problemini həll etməsə, ABŞ birtərəfli addımlar ata bilər.
WSJ-nin mənbələrinə görə, çağırışda iştirak edən Meksikanın yüksək səviyyəli liderləri onun xəbərdarlığından qəzəbləniblər.
Onlar Heqsetin sözlərini Meksikada mümkün genişmiqyaslı hərbi əməliyyatlara işarə kimi qəbul ediblər.
ABŞ prezidenti Donald Tramp həmçinin Meksikadan qeyri-qanuni immiqrasiyaya son qoymağı və fentanilin ABŞ-yə qaçaqmalçılığını dayandırmağı tələb edir. O, şərtlərinə əməl edilmədiyi təqdirdə Meksika mallarına 25 faiz rüsum tətbiq edəcəyi ilə hədələyib.
Bütün bunlar Meksika ilə ABŞ arasında münasibətlərdə gərginliyi artırıb. Bundan əvvəl “The New York Times” Trampın Kanada və Meksika ilə bağlı tələblərinin onun qazanmaq strategiyası olduğunu yazmışdı.
Məqalə müəllifləri qeyd etmişdi ki, Amerika lideri uzun müddətdir tariflərdən onun şərtlərinə əməl etməkdən imtina edən ölkələrə qarşı “iqtisadi çəkic” kimi istifadə edəcək.
tag: Meksika,ABŞ,Tramp,Kartel,Todaypress.az,