Meksika hökuməti “Google”u məhkəməyə verə bilər
Meksika hökuməti “Google Maps” xəritə xidmətində Meksika körfəzinin
adının Amerika Körfəzi olaraq dəyişdirilməsinə görə şirkəti məhkəməyə vermək
barədə düşünür.
TodayPress xəbər
verir ki, bunu ölkənin prezidenti Klaudiya Şeynbaum deyib.
“Əgər
onlar təkid etməyə davam etsələr, biz məhkəməyə müraciət etməyi düşünürük.
Çünki onlar hətta Meksika ərazisində, bizim şelfimizdə [Meksika körfəzini
Amerika körfəzi] adlandırırlar” Şeynbaum gündəlik mətbuat konfransında qeyd
edib.
tag: Meksika, Google, Maps, Amerika, Körfəz,Məhkəmə,todaypress.az,