Meksikada məktəblərdə zərərli qidalara qadağa qüvvəyə mindi

Dünya

31.03.2025 11:31

1707

Meksikada artıq çəki və şəkərli diabet epidemiyasına qarşı mübarizə çərçivəsində məktəblərdə zərərli qidaların satışına hökumət tərəfindən dəstəklənən qadağa qüvvəyə minib. 

TodayPress xəbər verir ki, bu haqda “Associated Press” agentliyi məlumat yayıb.

Yeni sağlamlıq qaydaları ilk dəfə ötən payız açıqlanıb və əsasən duzlu və şəkərli yarımfabrikat məhsullara aiddir.

Bunlara şirin meyvə içkiləri, qablaşdırılmış çipslər, süni donuz piyləri və soya qabığında, çili dadında qovrulmuş yerfındığı kimi məhsullar daxildir. Bunlar uzun illərdir bir çox meksikalı şagirdin əsas qida rasionunu təşkil edib.

Qadağanın qanuni qüvvəyə mindiyini elan edən Meksika Təhsil Nazirliyi sosial şəbəkə platforması “X”də belə yazıb: 

“Sağ ol, zərərli qida!”

Nazirlik valideynləri bu hökumət təşəbbüsünü dəstəkləməyə və övladlarına sağlam yemək hazırlamağa çağırıb.

Yeni göstərişə əsasən, Meksika məktəbləri üzərində duz, şəkər, kalori və ya yağın yüksək miqdarını göstərən qara xəbərdarlıq nişanı olan bütün məhsullardan tədricən imtina etməlidirlər.

Meksikanın bu cəsarətli təşəbbüsü ölkənin qida mədəniyyətini dəyişmək və gələcək nəsil istehlakçıların davranışlarını yenidən formalaşdırmaq istəyi  dünya ölkələri tərəfindən yaxından izlənilir. Belə ki, hökumətlər qlobal piylənmə böhranını cilovlamağa çalışır. 

Qiymət Mahir

tag: Meksika,Zərərli,Qida,Məktəb,Qadağa,Todaypress.az,