Məktəbə hazırlığı artıran 5 əsas faktor müəyyən edildi
Bostondakı Tibb Mərkəzinin (BMC) alimləri uşaqların, xüsusilə də aşağı çəkili doğulanların inkişaf mərhələlərini uğurla keçməsi və məktəbə daha yaxşı hazırlaşması üçün 5 əsas qoruyucu faktor müəyyən ediblər.
TodayPress xəbər verir ki, bu barədə “Academic Pediatrics” da araşdırma yayımlanıb.
Alimlərə görə, dəstəkləyici sosial mühit, valideynlərin psixi sağlamlığının yaxşılaşdırılması, emosional dəstək şəbəkələrinin olması, mütəmadi olaraq kitab oxumaq və yuxu rejiminə əməl etmək, gündə 1 saat və ya daha az televiziya izləmək əsas qoruyucu faktorlardır.
Tədqiqat 2016-2019-cu illərdə ABŞ-də aparılan Milli Uşaq Sağlamlığı Araşdırmasının məlumatlarına əsaslanıb. Bostondakı Tibb Mərkəzinin alimləri Dr. Gen Gayolun rəhbərliyi ilə erkən inkişaf və emosional təcrübələrin məktəbə hazırlıq üzərindəki təsirini araşdırıblar.
Dr. Gayolun sözlərinə görə, uşağın məktəbə hazırlığında ailənin gündəlik rejimi və valideyn dəstəyi mühüm rol oynayır:
“Uşaqların inkişafı üçün stabillik vacibdir. Valideynlər gündəlik rejimə əməl edərək və övladları ilə daha çox vaxt keçirərək onların məktəbə daha yaxşı hazırlaşmasına kömək edə bilərlər.”
Qiymət Mahir
tag: Məktəbəhazırlıq, Təhsil,Uşaq ,Faktor,Todaypress.az,