Meloni Avropaya ehtiyatlı davranmağı tövsiyə etdi
“Avropa Ukraynaya sülhməramlı qüvvələrin göndərilməsi məsələsinə ehtiyatla yanaşmalıdır, çünki bu addım Rusiya tərəfindən təhdid kimi qəbul edilə bilər”.
TodayPress xəbər verir ki, bu barədə İtaliyanın baş naziri Ciorcia Meloni “Financial Times” qəzetinə verdiyi müsahibədə danışıb.
Meloni Fransanın və Böyük Britaniyanın Avropa təhlükəsizlik qüvvələrinin Ukraynaya göndərilməsi təşəbbüsünə skeptik yanaşdığını bildirib.
Onun fikrincə, belə bir qərar Moskva tərəfindən təxribat kimi yozula bilər:
“Burada ehtiyatlı olmalıyıq. Bu, Rusiya tərəfindən təhdid kimi başa düşülə bilər”.
Qiymət Mahir
tag: İtaliya,Baş Naziri,Ciorcia Meloni,Fransa,Britaniya,Avropa,Todaypress.az,