Meloni: "Le Penin saxlanılması hüquqa ziddir"

Dünya

01.04.2025 12:07

840

İtaliyanın Baş naziri Corca Meloni hesab edir ki, Fransanın "Milli Birlik" Partiyası parlament fraksiyasının rəhbəri Marin Le Penə qarşı hökm milyonlarla vətəndaşın demokratik hüquqlarını pozur. 

TodayPress xəbər verir ki, diplomat bu barədə “Il Messaggero” qəzetinə danışıb. 

“Marin Le Penin nədə ittiham edildiyini və belə sərt hökmün səbəblərini ətraflı bilmirəm. Amma düşünürəm ki, demokratiyaya dəyər verən heç kim böyük partiyanın liderinin cəzasına sevinə bilməz” Meloni deyib. 

O, bu məsələ ilə bağlı heç bir rəsmi açıqlama verməyib. Lakin onun hakim koalisiyadakı müttəfiqi, “Liqa” partiyasının lideri, hökumətdə Baş nazirin müavini və infrastruktur naziri postlarını tutan Matteo Salvini kifayət qədər sərt danışıb.

O, fransalı hakimlərin qərarını “Brüsselin müharibə elanı” və demokratiyanı sarsıtmaq cəhdi adlandırıb. O, bunu bu yaxınlarda Kalin Georgeskunun prezident seçkilərində iştirakdan kənarlaşdırıldığı Rumıniyada baş verənlərlə müqayisə edib.

Salvini Macarıstanın Baş naziri Viktor Orbanın başlatdığı “Mən Marinəm” kampaniyasını da dəstəkləyib.   

Töhfə Səməd

tag: Meloni,İtaliya,Fransa,Marin Le Pen,Todaypress.az,