Meloni Trampın Ukrayna səylərini dəstəkləyir
İtaliyanın Baş naziri Ciorcia Meloni ABŞ prezidenti Donald Trampın Ukraynadakı münaqişəyə son qoymaq səylərini dəstəkləyib.
TodayPress xəbər verir ki, bu barədə Ağ Evin saytında dərc olunan siyasətçilərin birgə bəyanatında deyilir.
“Birləşmiş Ştatlar və İtaliya vurğulayırlar ki, Ukraynadakı müharibə dayandırılmalıdır. Həmçinin atəşkəsə nail olmaq, ədalətli və davamlı sülhü təmin etmək üçün prezident Trampın rəhbərliyi tam dəstəklənməlidir”.
Bu bəyanat aprelin 17-də ABŞ-də Trampla Meloni arasında baş tutan danışıqlardan sonra verilib. Görüş zamanı tərəflər NATO-nun məqsədlərinə sadiq olduqlarını təsdiqləyiblər. Bununla yanaşı, təhlükəsizlik, iqtisadiyyat və texnologiya sahələrində strateji tərəfdaşlıqlarını gücləndirmək barədə razılığa gəliblər.
Töhfə Səməd
tag: İtaliya,Ciorcia Meloni,ABŞ ,Donald Tramp,Ukrayna,todaypress.az,