Meloni Trampla Aİ-ABŞ tariflərini müzakirə edəcək

Dünya

07.04.2025 17:44

17

İtaliyanın Baş naziri Giorgia Meloni ABŞ prezidenti Donald Trampla görüşmək üçün aprelin 16-da ABŞ-yə səfər edə bilər. 

TodayPress xəbər verir ki, bu barədə "Corriere della Sera" nəşri məlumat yayıb. 

Bildirilib ki, Trampla yaxşı münasibətləri olan Meloni Avropa İttifaqı (Aİ) ilə ABŞ arasında tariflərlə bağlı aparılan danışıqlarda vasitəçi ola bilər. 

Nəşrin məlumatına görə, o, 10 faizlik qarşılıqlı tariflərə nail olmağı planlaşdırır. 

Xatırladaq ki, Donald Tramp Aİ-dən mal idxalına 20% rüsum tətbiq etdiyini açıqlayıb. 

Qeyd edək ki, Meloni ABŞ administrasiyası tərəfindən tariflərin tətbiqinə cavab tədbirlərinin hazırlanmasında iştirak etmək üçün aprelin 3-də planlaşdırılan tədbirləri ləğv edib. 

Aysel Mətləb

tag: İtaliya,Meloni,ABŞ,Tramp,Todaypress.az,