Mərakeşdə qurban kəsilməyəcək

Dünya

27.02.2025 18:10

1405

Mərakeş kralı VI Məhəmməd iqlim dəyişikliyindən qaynaqlanan quraqlıq və iqtisadi səbəblərə görə qurban kəsilməməsinə çağırış edib və bu ibadəti Mərakeş xalqı adından özünün icra edəcəyini bəyan edib.

TodayPress xəbər verir ki, Kral VI Məhəmməd bu barədə dövlət televiziyasında xalqa çıxışı zamanı məlumat verib.

O, bildirib ki, ölkə iqlim və iqtisadi çətinliklərlə üzləşib, bu da heyvanların sayında əhəmiyyətli dərəcədə azalmalara səbəb olub. Həmçinin, qurban kəsməyin mövcud çətinliklər qarşısında, xüsusilə cəmiyyətin aztəminatlı təbəqələri üçün böyük yük ola biləcəyini vurğulayıb.     

Ölkə rəhbəri üzərinə düşən məsuliyyət və dini vəzifələrin asanlaşdırılması öhdəliyinə uyğun olaraq, xalqa bu il qurban kəsməkdən çəkinmələri ilə bağlı çağırış edib.   

Qurban bayramının hər zamankı kimi, ənənəvi olaraq qeyd olunacağını da nəzərə çatdırıb.

Qeyd edək ki, Mərakeşdə daha əvvəl də üç dəfə qurban kəsmə ibadətindən imtina edilib. 1963, 1981 və 1996-cı illərdə insanlardan qurban kəsməkdən çəkinmələri istənilib.

Nicat Osman

tag: Mərakeş,Qurban,Kral VI Məhəmməd,Bayram,Todaypress.az,