Mərmərə dənizində konteyner gəmisi tankerlə toqquşdu

Dünya

08.03.2025 13:00

2275

Türkiyənin İstanbul şəhərinin Beylikdüzü rayonunun sahillərində “Orita” konteyner gəmisi “Mia” tankerinə çırpılıb. 

TodayPress xəbər verir ki, bu barədə “İHA” məlumat yayıb.

Toqquşma zamanı 270 metrlik “Mia” gəmisinin ballast tankı zədələnib. Nəticədə çirklənmiş su Mərmərə dənizinə axıb. 

Dənizə neft sızıntısının qarşısı alınıb.

Nicat Osman

tag: Türkiyə,Tanker,Konteyner,Qəza,Gəmi,Todaypress.az,