Mers: “Almaniya Ukraynaya hərbi qüvvə göndərmək məsələsini müzakirə etmir”
Almaniyada kanslerliyə namizəd olan Xristian Demokrat İttifaqının (XDİ/XSİ) lideri Fridrix Mers yerli hərbi qüvvələrin Ukraynaya göndərilməsi məsələsinə münasibət bildirib.
TodayPress xəbər verir ki, o, bu barədə “ARD” və “ZDF” telekanallarına müsahibə verib.
Siyasətçi bu mövzunu hazırkı kansler Olaf Şoltsla eyni cür dəyərləndirdiyini vurğulayıb:
“Bu məsələ hazırda ümumiyyətlə müzakirə olunmur” deyə Mers bildirib.
Onun sözlərinə görə, hazırda əsas prioritet Avropa ölkələrinin Kiyevə necə dəstək verməli olduğu ilə bağlı müzakirələr aparmaqdır. O, hesab edir ki, bu məsələ lazımi səviyyədə araşdırılmayıb.
Qiymət Mahir
tag: Mers,Almaniya,ARD,Olaf Şolts,todaypress.az,