Merts Donald Trampla telefon danışığı aparacaq

Dünya

07.05.2025 15:12

11

Almaniya kansleri seçilən Fridrix Merts mayın 8-də ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparacaq. 

TodayPress xəbər verir ki, o, bunu ZDF telekanalına müsahibəsində deyib. 

"Cümə axşamı ABŞ Prezidenti ilə telefon danışığı aparacağam. Biz şəxsən tanış deyilik. Ən geci iyunda Haaqada keçiriləcək NATO sammitində, ya da daha tez tanış olacağıq. Açıq söhbət edəcəyik. Mən təkcə Almaniyanın deyil, həm də Avropa İttifaqının mövqeyini çatdıracağam" deyə kansler bildirib. 

tag: Almaniya,Fridrix Merts,ABŞ,Tramp,Todaypress.az,