Merts ikinci turdan imtina etdi

Dünya

06.05.2025 13:10

10

Almaniyada kansler seçkilərinin birinci turunda məğlub olan Xristian-Demokrat İttifaqının (XDS) lideri Fridrix Merts mayın 6-da keçirilməsi nəzərdə tutulan ikinci tur səsvermədən imtina edib.

TodayPress xəbər verir ki, bu barədə Almaniyanın “Bild” qəzeti məlumat yayıb. 

Məlumata görə, Merts qərarını partiya daxilində keçirilən təcili məsləhətləşmələrdən sonra verib.

Qeyd edək ki, birinci turda Merts kansler seçilmək üçün tələb olunan mütləq əksəriyyəti toplaya bilməmişdi. İndi Bundestaqın 14 gün ərzində yeni kansler seçmək üçün yenidən səsvermə keçirməsi gözlənilir.

Qiymət Mahir

tag: Almaniya,Kansler,Seçki,İmtina,Fridrix Merts ,todaypress.az,