Merts kansler seçilə bilmədi: 14 günü var

Dünya

06.05.2025 13:00

10

Almaniyada keçirilən parlament səsverməsində Xristian-Demokrat İttifaqının (XDS/XSS) lideri Fridrix Merts kansler seçilmək üçün yetərli səs toplaya bilməyib.

TodayPress xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. 

Bildirilir ki, indi Bundestaqın (parlamentin aşağı palatası) 14 günü var ki, Merts və ya başqa bir namizədi kansler seçmək üçün yenidən səsvermə keçirsin. Namizəd yalnız mütləq əksəriyyətlə – yəni 736 deputatdan azı 369-nun səsi ilə təsdiqlənə bilər.

Əgər bu müddət ərzində heç bir namizəd seçilməzsə, Almaniya prezidenti Frank-Valter Ştaynmayer Konstitusiyaya uyğun olaraq kansleri özü təyin edəcək.

Qiymət Mahir

tag: Almaniya, Xristian-Demokrat İttifaqı,Fridrix Merts,Kansler,todaypress.az,