Merts Rusiyanı yeni sanksiyalarla hədələdi

Dünya

09.05.2025 18:40

17

Almaniyanın yeni kansleri Fridrix Merts Rusiyanı Ukrayna ilə bağlı real danışıqlara razılaşmadığı təqdirdə daha sərt sanksiyalarla hədələyib. 

TodayPress xəbər verir ki, bu barədə "Stern" nəşri məlumat yayıb.

Merts bəyan edib ki, Moskva real sülh danışıqları yolunu seçməlidir. Əks halda, Avropa tərəfdaşları və ABŞ ilə birlikdə Rusiyaya qarşı əlavə iqtisadi sanksiyalar tətbiq edilə bilər.

Türkan İsgəndərli

tag: Almaniya,Kansler,Rusiya,Sanksiya,todaypress.az,